Əfqanıstanda terror aktında 15 nəfər həlak olub, onlarla insan yaralanıb

Əfqanıstanda terror aktında 15 nəfər həlak olub, onlarla insan yaralanıb Əfqanıstanın mərkəzi hissəsindəki Qəznə əyalətində törədilmiş terror aktı nəticəsində 15 dinc sakin həlak olub, daha 20 nəfər xəsarət alıb.
Digər ölkələr
19 dekabr 2020 02:35
Əfqanıstanda terror aktında 15 nəfər həlak olub, onlarla insan yaralanıb

Əfqanıstanın mərkəzi hissəsindəki Qəznə əyalətində törədilmiş terror aktı nəticəsində 15 dinc sakin həlak olub, daha 20 nəfər xəsarət alıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Tarık Aryen jurnalistlərə bildirib ki, partlayış Gilan rayonunun Ahujan kəndində baş verib.

Terrorçular xətm (Quran oxunmasə - red) mərasiminin iştirakçıları yaxınlığında minalanmış üçtəkərli motosikleti partladıblar.

Terror aktına görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi