Əfqanıstanda terror aktı törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanda terror aktı törədilib, ölənlər və yaralananlar var Əfqanıstanın şimalındakı Sari-Pul əyalətində terror aktı törədilib.
Digər ölkələr
12 Oktyabr , 2020 02:44
Əfqanıstanda terror aktı törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanın şimalındakı Sari-Pul əyalətində terror aktı törədilib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı 10 hərbi qulluqçu və 3 dinc sakin həlak olub. Sari-Pul əyalətinin polisi bildirib ki, Suzma Kale rayonunda terrorçular partlayıcı qurğunu hərbi avtomobil karvanının keçdiyi yola quraşdırıblar. Partlayış nəticəsində həmçinin daha 3 hərbi qulluqçu yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Hakimiyyət orqanları terror aktının arxasında “Taliban” hərəkatının dayandığını güman edirlər.

Son xəbərlər

Orphus sistemi