Əfqanıstanda terror aktı törədilib, dinc sakinlər həlak olub

Əfqanıstanda terror aktı törədilib, dinc sakinlər həlak olub Əfqanıstanın qərbindəki Qor əyalətində terror aktı törədilib.
Digər ölkələr
4296
18 Oktyabr , 2020 04:41
Əfqanıstanda terror aktı törədilib, dinc sakinlər həlak olub

Əfqanıstanın qərbindəki Qor əyalətində terror aktı törədilib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi bildirib.

Qeyd edilir ki, terror aktı nəticəsində altı dinc sakin həlak olub. Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Tarık Aren jurnalistlərə bildirib ki, partlayıcı qurğu Pallal rayonunda nəqliyyat vasitələrinin hərəkət etdiyi yol kənarında qoyulub.

Aren terror aktının törədilməsinə görə "Taliban" hərəkatını ittiham edib.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi