Əfqanıstanda terror aktı nəticəsində 14 nəfər həlak olub

Əfqanıstanda terror aktı nəticəsində 14 nəfər həlak olub Partlayıcı qurğu yerləşdirilmiş avtomobil Hilmənd vilayətinin Laşkargah şəhərində partladılıb
Digər ölkələr
10 oktyabr 2016 11:36
Əfqanıstanda terror aktı nəticəsində 14 nəfər həlak olub

Bakı. 10 oktyabr. REPORT.AZ/ Əfqanıstanda partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 10 polis əməkdaşı daxil olmaqla 14 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə bazar ertəsi Hilmənd vilayətinin paytaxtı Laşkargah şəhərində baş verib. Avtomobilə quraşdırılmış partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb.

Polis nümayəndəsinin verdiyi xəbərə görə, terror qurbanların sayı arta bilər.

Son xəbərlər

Orphus sistemi