Yuxarı
    Bağlamaq

    ​Əfqanıstanda terror aktı ilə əlaqədar 24 iyul matəm günü elan olunub

    Terror aktı nəticəsində 80 nəfər ölüb və 231 nəfər yaralanıb

    Bakı. 23 iyul. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qəni bu gün Kabildə törədilən terror aktı ilə əlaqədar olaraq 24 iyul tarixini matəm günü elan edib.

    "Report" xəbər verir ki, bu barədə "Tolo news" telekanalı məlumat yayıb.

    "Mən vətəndaşlarımızın qanını axıdanlardan qisas alacağam. Mən bu faciəvi günü milli matəm günü elan edirəm", - deyə Qəni bildirib.

    O qeyd edib ki, insidentin araşdırılması ilə xüsusi komissiya və Əfqanıstan Baş Prokurorluğu məşğul olur.

    DİN-in son məlumatına görə, Kabildə nümayiş zamanı törədilən terror aktı nəticəsində 80 nəfər ölüb, 231 nəfər yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi