Yuxarı
    Bağlamaq

    Əfqanıstanda taliblərin hücumu nəticəsində ölən hərbçilərin sayı 140 nəfərə çatıb

    Hücuma görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb© NewsWeek

    Bakı. 22 aprel. REPORT.AZ/ Əfqanıstanın Balx əyalətində taliblərin hərbi bazaya hücum nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər ölənlərin sayının daha çox olduğunu bildirirlər.

    Məzari-Şərif şəhərinin məmurlarından biri isə çoxlu sayda yaralının olduğunu açıqlayıb.

    "Pajvak” agentliyinin məlumatına görə, hərbi bazaya hücum edən yaraqlılar əfqan hərbçilərin uniformasında olublar.

    Hücuma görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi