Əfqanıstanda taliblərin hücumu nəticəsində 6 nəfər ölüb

Əfqanıstanda taliblərin hücumu nəticəsində 6 nəfər ölüb Şənbə günü səhər Əfqanıstanın şimalında yerləşən Kunduz şəhərinə taliblərin hücumu nəticəsində azı 6 nəfər ölüb, daha 39 nəfər yaralanıb.
Digər ölkələr
13 Aprel , 2019 18:32
Əfqanıstanda taliblərin hücumu nəticəsində 6 nəfər ölüb

Şənbə günü səhər Əfqanıstanın şimalında yerləşən Kunduz şəhərinə taliblərin hücumu nəticəsində azı 6 nəfər ölüb, daha 39 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər xəstəxanasına istinadən "1TV News" telekanalı məlumat yayıb.

Bildirilir ki, ölənlər arasında dinc sakinlər də var.

Yerli polisin məlumatına görə, yaraqlılar şəhəri ələ keçirməyə cəhd göstərsələr də, hücumun qarşısını almaq olub.

Daha əvvəl "Taliban"çılar Əfqanıstanda polis məntəqəsinə hücum ediblər.

Son xəbərlər

Orphus sistemi