Əfqanıstanda "Taliban" terrorçularının hücumu nəticəsində 6 hərbçi həlak olub

Əfqanıstanda "Taliban" terrorçularının hücumu nəticəsində 6 hərbçi həlak olub Hadisə ölkənin şimal-şərqində yerləşən Bədəhşan vilayətində baş verib
Digər ölkələr
4 Yanvar , 2017 14:05
Əfqanıstanda Taliban terrorçularının hücumu nəticəsində 6 hərbçi həlak olub

Bakı. 4 yanvar. REPORT.AZ/ "Taliban" terror qruplaşmasının yaraqlıları Əfqanıstan təhlükəsizlik qüvvələrinin nümayəndələrinə hücum edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Bədəhşan vilayətində baş verib.

Ölkənin təhlükəsizlik qüvvələrinin konvoyuna edilən hücum nəticəsində 6 hərbçi həlak olub, yeddisi isə yaralanıb.

"Taliban"çılar isə ölən və yaralananların sayının təxminən 30 olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi