Bakı. 4 sentyabr. REPORT.AZ/ Əfqanıstanın şərqində Taliban silahlılarının hücumu zamanı güc strukturlarının azı 16 əməkdaşı ölüb, 15 nəfər yaralanıb.
Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.
Silahlılar hücumu Paktiya əyalətində dünən gecə həyata keçiriblər, döyüşlər yalnız səhər saatlarında başa çatıb. Hücum zamanı 13 hərbçi və ictimai asayişin qorunmasına cavabdeh olan 3 polis məmuru öldürülüb.
Vilayət rəhbərliytinin nümayəndəsi hücumla bağlı məlumatları təsdiqləyərək, 28 silahlının məhv edildiyini, 9-unun isə yaralandığını bildirib.