Əfqanıstanda taliblərin ələ keçirdiyi "Mi-17" helikopterinin ekipaj üzvləri azad edilib

Əfqanıstanda taliblərin ələ keçirdiyi "Mi-17" helikopterinin ekipaj üzvləri azad edilib Ekipaj üzvləri Paraçinar şəhərində yerləşən Kurram agentliyində qəbilə ağsaqqallarına təhvil verilib
Digər ölkələr
13 Avqust , 2016 12:25
Əfqanıstanda taliblərin ələ keçirdiyi Mi-17 helikopterinin ekipaj üzvləri azad edilib

Bakı. 13 avqust. REPORT.AZ/ Əfqanıstanda "Taliban" qruplaşmasının silahlıları tərəfindən bu il avqustun 4-də girov götürülən rusiyalı pilot və 5 pakistanlı girovluqdan azad edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pakistanın "Express Tribune" qəzetinin elektron versiyasında məlumat verilib.

Xatırladaq ki, avqustun 4-də Əfqanıstanın Loqar vilayətində Pakistana məxsus olan və təmir üçün Rusiyaya uçan "Mi-17" helikopteri təcili eniş edib. Ekipaj üzvləri - rusiyalı pilot və 5 pakistanlı "Taliban" hərəkatının silahlıları tərəfindən əsir götürülüb.

Qəzetin yazdığına görə, ekipaj üzvləri Paraçinar şəhərində yerləşən Kurram (federal idarə olunan qəbilə əraziləri - red.) agentliyində qəbilə ağsaqqallarına təhvil verilib.

Son xəbərlər

Orphus sistemi