​Əfqanıstanda talibanla atışma nəticəsində həyatını itirənlərin sayı 50-yə çatıb

​Əfqanıstanda talibanla atışma nəticəsində həyatını itirənlərin sayı 50-yə çatıb Ölkənin silahlı qüvvələri terrorçuların hücumunun qarşısını alıb
Digər ölkələr
10 Dekabr , 2015 11:39
​Əfqanıstanda talibanla atışma nəticəsində həyatını itirənlərin sayı 50-yə çatıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Terrorçu "Taliban" hərəkatının Əfqanıstanın Qəndəhar şəhərindəki hava limanına basqını nəticəsində 38 mülki şəxs, 10 əsgər və iki polis həlak olub.

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, Əfqanıstan Silahlı Qüvvələri terrorçuların hücumunun qarşısnı alıb.

Bir sutka davam edən döyüş nəticəsində 11 "taliban"çı zərərsizləşdirilib.

İnformasiyaya əsasən, hava limanı NATO bazasının yaxınlığında yerləşir. Atışma nəticəsində bazanın əməkdaşları arasında xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi