Əfqanıstanda “talibançı”ların hücumu zamanı bir neçə nəfər öldürülüb

Əfqanıstanda “talibançı”ların hücumu zamanı bir neçə nəfər öldürülüb Əfqanıstanın şimalındakı Baqlan əyalətində "Taliban" hərəkatı silahlılarının hücumu nəticəsində 7 dinc sakin həlak olub.
Digər ölkələr
1 May , 2021 06:37
Əfqanıstanda “talibançı”ların hücumu zamanı bir neçə nəfər öldürülüb

Əfqanıstanın şimalındakı Baqlan əyalətində "Taliban" hərəkatı silahlılarının hücumu nəticəsində 7 dinc sakin həlak olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli şuranın rəhbəri Əbdül Nasır Rasix bildirib.

Onun sözlərinə görə, silahlılar Xincan rayonunun Maxmudzey kəndində polis əməkdaşının evinə hücum ediblər. Nəticədə polisin ailəsinin 7 üzvü həlak olub.

Hücumdan sonra silahlılarla polis arasında atışma olub, iki “talibançı” öldürülüb.

"Taliban" hələ hadisəni şərh etməyib.

BMT-nin Əfqanıstana yardım üzrə Missiyasının (UNAMA) məlumatına görə, 2021-ci ilin birinci rübündə ölkədə 573 dinc sakin öldürülüb ki, bu, keçən ilin analoji dövrü ilə müqayisədə 29 faiz çoxdur.

Onların 43,5 %-i “talibançı”lar tərəfindən öldürülüb.

Son xəbərlər

Orphus sistemi