Əfqanıstanda "talibançı"ların hücumu zamanı 8 polis həlak olub

Əfqanıstanda "talibançı"ların hücumu zamanı 8 polis həlak olub Əfqanıstanda talibançıların Balh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı səkkiz yol polisi həlak olub.
Digər ölkələr
1 Yanvar , 2020 11:12
Əfqanıstanda talibançıların hücumu zamanı 8 polis həlak olub

Əfqanıstanda "talibançı"ların Balh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı səkkiz yol polisi həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Əyalətin yol polisinin komandiri Favad Salehi KİV-ə bildirib ki, Balhın eyniadlı rayonunda polis postuna hücum gecəyarı baş verib. Hücum zamanı nəzarət-buraxılış məntəqəsində 14 nəfər xidmət aparırmış. Onlardan 6-ı sağ qalıb.

Mənbə telekanala bildirib ki, "talibançı"lar asayiş keşikçilərinə hüquq-mühafizə orqanlarındakı bəzi casusların köməyi ilə hücüm ediblər. "Taliban" hücum və polislərin həlak olması haqqında xəbəri şərh etməyib.

Telekanal həmçinin Müdаfiə Nаzirliyinə istinadən qeyd edib ki, "talibançı"lar gecə yarı Tahar əyalətində də ölkənin silahlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Hücum nəticəsində iki hərbçi həlak olub, daha iki nəfər yaralanıb. "Talibançı"lar hücum faktını təsdiq ediblər.

Son xəbərlər

Orphus sistemi