Əfqanıstanda "Taliban" silahlılarının avtomobili partlayıb, 17 nəfər ölüb

Əfqanıstanda "Taliban" silahlılarının avtomobili partlayıb, 17 nəfər ölüb Əfqanıstanın şimalındakı Cövzcan vilayətinin Akça mahalında Taliban silahlılarının avtomobili partlayıb.
Digər ölkələr
31 Oktyabr , 2019 12:53
Əfqanıstanda Taliban silahlılarının avtomobili partlayıb, 17 nəfər ölüb

Əfqanıstanın şimalındakı Cövzcan vilayətinin Akça mahalında "Taliban" silahlılarının avtomobili partlayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, hadisə radikalların Bəlx vilayətinin Çarbolak mahalından minalar və partlayıcı maddələr daşıdığı zaman baş verib.

Hadisə nəticəsində 15 silahlı, 2 dinc sakin ölüb, 14 nəfər isə yaralanıb. Onlar arasında həm radikal qruplaşma üzvləri, həm də dinc sakinlər var.

Son xəbərlər

Orphus sistemi