Əfqanıstanın şimal-şərqində Tahar əyalətində terrorçu "Taliban" silahlıları ilə toqquşmada ən azı 17 xalq qoşunu nümayəndəsi ölüb.
"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Dörd nəfər zərərçəkənin olduğu da bildirilir.
Hücumun dəf edilməsi zamanı 10 silahlı məhv edilib.