Əfqanıstanda "Taliban" silahlıları 15 polisi öldürüb

Əfqanıstanda "Taliban" silahlıları 15 polisi öldürüb Bakı. 17 sentyabr. REPORT.AZ/ Əfqanıstanda radikal Taliban hərəkatının silahlıları tərəfindən edilən bir neçə hücum nəticəsində azı 15 polis məmuru öldürülüb.
Digər ölkələr
17 Sentyabr , 2018 11:06
Əfqanıstanda Taliban silahlıları 15 polisi öldürüb
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Əfqanıstanda radikal "Taliban" hərəkatının silahlıları tərəfindən edilən bir neçə hücum nəticəsində azı 15 polis məmuru öldürülüb.

Bu barədə "Report" "Sinhua" agentliyinə istinadən məlumat verir.

Hücumlardan biri bu səhər ölkənin şimal-qərbindəki Bəğdis vilayətindəki polis postuna edilib, nəticədə 5 polis öldürülüb. Döyüşlər zamanı bir neçə silahlı məhv edilib.

Daha bir hücum isə dünən gecə Fərah vilayətindəki keçid məntəqəsində edilib. Hücum zamanı 10 polis ölüb, 2-si isə itkin düşüb. 

Son xəbərlər

Orphus sistemi