Əfqanıstanda "Taliban" qruplaşmasının 51 terrorçusu öldürülüb

Əfqanıstanda "Taliban" qruplaşmasının 51 terrorçusu öldürülüb Onların arasında terrorçu qruplaşmanın 3 lideri də var
Digər ölkələr
18 Oktyabr , 2016 12:02
Əfqanıstanda Taliban qruplaşmasının 51 terrorçusu öldürülüb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Əfqanıstanın Gilmend əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində "Taliban" qruplaşmasının azı 51 terrorçusu öldürülüb.

"Report" "Tolo News" televiziyasına istinadən xəbər verir ki, onların arasında terrorçu qruplaşmasının 3 lideri də var.

İnformasiyaya görə, əyalətin bir neçə rayonunda keçirilən əməliyyat nəticəsində terrorçuların 18 döyüş-nəqliyyat vasitəsi və silahı məhv edilib.

Son zamanlar terrorçuların mövqeyi Əfqanıstanın şərq və cənub əyalətlərindən - Loqar, Qəzni, Gilmend, şimal əyalətlərindən - Kunduz, Cauzcanda və Parvanda güclənib.  

Son xəbərlər

Orphus sistemi