Əfqanıstanda "Taliban"ın səhra komandirlərindən biri öldürülüb

Əfqanıstanda "Taliban"ın səhra komandirlərindən biri öldürülüb Səhra komandiri Mavlavi Abdul Rəhman və onun 4 əlaltısı məhv edilib
Digər ölkələr
11 İyul , 2017 21:27
Əfqanıstanda Talibanın səhra komandirlərindən biri öldürülüb
Walnutfrog.com

Bakı. 11 iyul. REPORT.AZ/ "Taliban" radikal hərəkatının nüfuzlu liderlərindən biri Vardak vilayətində Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürülüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi yerli polis rəisi Naqibulla Aminiyə istinadən məlumat yayıb.

Məlumata görə, toqquşma Calrez rayonunda baş verib. "Əməliyyat zamanı taliblərin səhra komandiri Mavlavi Abdul Rəhman və onun dörd əlaltısı öldürülüb, üç silahlı yaralanıb" – deyə o bildirib. Toqquşma zamanı həmçinin bir polis əməkdaşı da həlak olub, daha iki asayiş keşikçisi yaralanıb.

"Taliban" silahlıları baş verənləri hələlik şərh etməyib. 

Son xəbərlər

Orphus sistemi