“Taliban” liderlərindən biri öldürülüb

“Taliban” liderlərindən biri öldürülüb Əfqanıstanda “Taliban” liderlərindən biri öldürülüb.
Digər ölkələr
12 Yanvar , 2020 13:09
“Taliban” liderlərindən biri öldürülüb

Əfqanıstanda “Taliban” liderlərindən biri öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Ölkənin Müdаfiə Nаzirliyindən bildirilib ki, hadisə Əfqanıstanın şimalında baş verib. Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində “Taliban” silahlılarının liderlərindən olan Mahibulla məhv edilib.

Əfqanıstanın Müdаfiə Nаzirliyindən verilən məlumata görə, o, Pakistan vətəndaşıdır.  

Müdafiə Nazirliyi Qunduz əyalətində keçirilən xüsusi əməliyyatın təfərrüatını açıqlamayıb. 

Son xəbərlər

Orphus sistemi