Əfqanıstanda "Taliban"ın iki komandiri məhv edilib

Əfqanıstanda "Taliban"ın iki komandiri məhv edilib Radikal qruplaşmanın 7 üzvü də həbs edilib
Digər ölkələr
768
26 Fevral , 2017 17:35
Əfqanıstanda Talibanın iki komandiri məhv edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Əfqanıstanda güc strukturları tərəfindən "Taliban"ın iki komandiri məhv edilib.

"Report" xəbər verir ki, bu barədə "Pajvak" agentliyi yerli məmurlardan birinə istinadən məlumat yayıb.

Məlumata görə, öldürülənlər Qari Mujahid və Mullah Baraldır. Onların hər ikisi ölkənin mərkəzi hissəsi Lahor vilayətində, bazar gününə keçən gecə məhv ediliblər. Bununla yanaşı, radikal qruplaşmanın 7 üzvü də həbs edilib.

Əməliyyat zamanı həmçinin silah-sursat, və silahlılara aid olan motosikl götürülüb.

Son xəbərlər

Orphus sistemi