Yuxarı
    Bağlamaq

    Əfqanıstanda "Taliban"ın 54 silahlısı məhv edilib

    Əməliyyat zamanı Taliban komandirlərindən biri məhv edilib

    Bakı. 5 fevral. REPORT.AZ/ Əfqanıstanda "Taliban"ın 54 silahlısı məhv edilib.

    "Report"un məlumatına görə bu barədə "TASS" agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.

    Məlumata görə, əməliyyat ölkənin artilleriyası və hərbi hava qüvvələrinin dəstəyi ilə, Gilmend vilayətində keçirilib. Əməliyyat zamanı "Taliban" komandirlərindən biri məhv edilib.

    Qeyd edək ki, son vaxtlar Əfqanıstanda vəziyyət gərginləşib. Ölkənin bir sıra ərazilərində İŞİD terror qruplaşmasının silahlıları fəaliyyət göstərirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi