Əfqanıstanda "Taliban"ın 50 döyüşçüsü hökumət qüvvələrinə təslim olub

Əfqanıstanda "Taliban"ın 50 döyüşçüsü hökumət qüvvələrinə təslim olub Bir müddət əvvəl Cauzcan əyalətində 115 döyüşçünün təslim olması haqda xəbər yayılmışdı
Digər ölkələr
23 İyun , 2016 12:47
Əfqanıstanda Talibanın 50 döyüşçüsü hökumət qüvvələrinə təslim olub

Bakı. 23 iyun. REPORT.AZ/ Əfqanıstanın şimal-qərbində yerləşən Fəryab əyalətində "Taliban" hərəkatının 50 terrorçusu hökumət qüvvələrinə təslim olub.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Əfqanıstan ordusunun təmsilçisi bildirib ki, "Taliban"ın 50-yə yaxın döyüşçüsü silahları ilə birlikdə ölkənin Dövlətabad rayonunda hökumətə təslim olublar.

Məlumata görə, bir müddət əvvəl ölkənin şimalındakı Cauzcan əyalətində "Taliban"ın 115 döyüşçüsü silahlarını təhvil verərək, təslim olublar.

Son xəbərlər

Orphus sistemi