​Əfqanıstanda "Taliban"ın 33 silahlısı zərərsizləşdirilib, 50 terrorçu yaralanıb

​Əfqanıstanda "Taliban"ın 33 silahlısı zərərsizləşdirilib, 50 terrorçu yaralanıb Terrorçular əyalətin mərkəzi Cəlalabad şəhərini ələ keçirməyə cəhd göstəriblər
Digər ölkələr
1 İyul , 2016 12:49
​Əfqanıstanda Talibanın 33 silahlısı zərərsizləşdirilib, 50 terrorçu yaralanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində təhlükəsizlik qüvvələri ilə "Taliban" terrorçuları arasında toqquşma baş verib. 

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bu haqda yerli təhlükəsizlik xidmətinin təmsilçisi bildirib.

Məlumata görə, qarşıdırma nəticəsində 33 silahlı zərərsizləşdirilib, 50 terrorçu yaralanıb.

İnfromasiyaya əsasən terrorçular əyalətin mərkəzi Cəlalabad şəhərini, strateji rayonu ələ keçirməyə cəhd göstəriblər.

Son xəbərlər

Orphus sistemi