Əfqanıstanda "Taliban"ın 10 yaraqlısı məhv edilib

Əfqanıstanda "Taliban"ın 10 yaraqlısı məhv edilib Əfqanıstan ordusunun hərbçisi ölüb, daha iki əsgər və 5 polis yaralanıb
Digər ölkələr
30 Dekabr , 2017 23:19
Əfqanıstanda Talibanın 10 yaraqlısı məhv edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Əfqanıstanın Uruzqan əyalətində "Taliban" hərəkatının ən azı 10 yaraqlısı məhv edilib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "TOLO News" məlumat yayıb.

Bildirilir ki, onlarla yaraqlı təhlükəsizlik qüvvələrinin Şikha rayonunda yerləşən nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Bu zaman on yaraqlı öldürülüb, daha 8 nəfəri yaralanıb.

Həmçinin Əfqanıstan ordusunun hərbçisi ölüb, daha iki əsgər və 5 polis yaralanıb.

Son xəbərlər

Orphus sistemi