Əfqanıstanda “Taliban”la toqquşmalarda ölənlərin sayı artıb - YENİLƏNİB

Əfqanıstanda “Taliban”la toqquşmalarda ölənlərin sayı artıb - YENİLƏNİB Toqquşmalar zamanı həmçinin 15 silahlı məhv edilib
Digər ölkələr
7 Yanvar , 2019 14:09
Əfqanıstanda “Taliban”la toqquşmalarda ölənlərin sayı artıb - YENİLƏNİB
AP Photo / Rahmat Gul
0 : 00
0 : 00

Bakı. 7 yanvar. REPORT.AZ/ Əfqanıstanın qərbindəki Badghis əyalətinin iki bölgəsində “Taliban” hərəkatının üzvləri ilə toqquşmalarda ölən polis və hərbçilərin sayı 21 nəfərədək artıb.

“Report” “Usnews.com” istinadən xəbər verir ki, əyalət şurasının sədri Əbdül Əziz bunlardan 14-nün polis, 7 nəfərinin də hökumətyönlü silahlı dəstələrin döyüşçüsü olduğunu bildirib.

Bununla yanaşı, əyalət qubernatorluğunun sözçüsü Cəmşid Şahabi toqquşmalarda 15 nəfər “Taliban” silahlısının məhv edildiyini, 10 nəfərin də yaralandığını açıqlayıb.


*** 11:23

Əfqanıstanın şimal-qərbindəki Badğis vilayətində radikal “Taliban” hərəkatının silahlıları ilə toqquşmalarda azı 13 hərbçi və polis ölüb.

Bu barədə “Report” RİA "Novosti”yə istinadən xəbər verir.

1TV telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, silahlılar polis və ordu postlarına hücum ediblər və nəticədə 10 polis və 3 hərbçi ölüb.

Telekanalın məlumatına görə, toqquşmalar zamanı həmçinin 15 silahlı məhv edilib.

Son xəbərlər

Orphus sistemi