Əfqanıstanda “Taliban” hərəkatının 50 üzvü öldürülüb

Əfqanıstanda “Taliban” hərəkatının 50 üzvü öldürülüb Əfqanıstan ordusu ölkənin şimal-qərbində Taliban hərəkatının silahlılarının hücumunun qarşısını alıblar.
Digər ölkələr
27 Oktyabr , 2019 12:30
Əfqanıstanda “Taliban” hərəkatının 50 üzvü öldürülüb

Əfqanıstan ordusu ölkənin şimal-qərbində "Taliban" hərəkatının silahlılarının hücumunun qarşısını alıblar.

"Report" xəbər verir ki, bunu Əfqanıstan Milli Ordusunun 209-saylı korpusunun komandiri Hənif Rezai "İnterfax"a açıqlamasında deyib.

O, qeyd edib ki, aviasiya və artilleriyanın dəstəyi ilə silahlı qruplaşmanın 53 döyüşçüsü məhv edilib. "Bir neçə əsas komandir də daxil olmaqla öldürülən yaraqlıların cəsədləri döyüş bölgəsində qalıb. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir".

Onun sözlərinə görə, döyüş zamanı dörd əfqan əsgəri yaralanıb. Rezai mülki şəxslərin xəsarət almadığını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi