Əfqanıstanda "taliban"çıların hərbi bazaya hücumu nəticəsində 170 nəfər həlak olub

Əfqanıstanda "taliban"çıların hərbi bazaya hücumu nəticəsində 170 nəfər həlak olub ​Əfqanıstanda "taliban"çıların hərbi bazaya hücumu nəticəsində 170 nəfər ölüb
Digər ölkələr
24 Aprel , 2017 01:33
Əfqanıstanda talibançıların hərbi bazaya hücumu nəticəsində 170 nəfər həlak olub
Foto: kureselanaliz.сom

Bakı. 24 aprel. REPORT.AZ/ Əfqanıstanda "Taliban" silahlılarının hərbi bazaya hücumu nəticəsində 170 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Wall Street Journal" əfqan məmurlarına istinadən məlumat yayıb. 

Nəşr qeyd edib ki, bu, "Taliban"ın 2001-ci ildə Əfqanıstanda hakimiyyətdən devrildikdən sonra radikal qruplaşmanın ən sarsıdıcı hücumu olub.

Qeyd edək ki, bundan əvvəl Əfqanıstanın Müdafiə Nazirliyi ölənlərin sayının 100-dən çox olduğunu bildirib. Lakin mətbuat həlak olanların sayının 130-dan çox olacağını xəbər verib.

Xatırladaq ki, "Taliban" silahlıları ölkənin şimalındakı Balx vilayətindəki bazaya cümə günü hücum edib. 

Son xəbərlər

Orphus sistemi