Əfqanıstanda "Taliban"a qarşı kütləvi etirazlar başlayıb

Əfqanıstanda "Taliban"a qarşı kütləvi etirazlar başlayıb Əfqanıstanda “Taliban” rəhbərliyinə qarşı ölkənin şimalındakı Fəryab vilayətinin inzibati mərkəzi olan Meymen şəhərində kütləvi etiraz aksiyaları keçirilir.
Digər ölkələr
14 Yanvar , 2022 04:49
Əfqanıstanda Talibana qarşı kütləvi etirazlar başlayıb

Əfqanıstanda “Taliban” rəhbərliyinə qarşı ölkənin şimalındakı Fəryab vilayətinin inzibati mərkəzi Meymen şəhərində kütləvi etiraz aksiyaları keçirilib.

"Report" xəbər verir ki, bu barədə yerli "Peşqo" agentliyi məlumat yayıb.

Etirazlara səbəb "Taliban" tərəfindən Məzari-Şərif şəhərində səhra komandiri, etnik özbək olan Mahdum Alamın həbsi olub. Bununla əlaqədar olaraq özbək icmasının nümayəndələri küçələrə çıxaraq Alamın dərhal azad edilməsini tələb ediblər.

Etirazçılar "Taliban" rəhbərliyinə ultimatum veriblər və bildiriblər ki, Alam azad olunmasa, Fəryab əyaləti mərkəzə tabe olmağı dayandıracaq.

Son xəbərlər

Orphus sistemi