Əfqanıstanda silahlıların hücumu zamanı 50 nəfər öldürülüb

Əfqanıstanda silahlıların hücumu zamanı 50 nəfər öldürülüb Öldürülənlər arasında 7 əfqan hərbçisi və hücum etmiş silahlılar da var
Digər ölkələr
6 Avqust , 2017 20:35
Əfqanıstanda silahlıların hücumu zamanı 50 nəfər öldürülüb

Bakı. 6 avqust. REPORT.AZ/ Silahlı şəxslər Əfqanıstanın şimalındakı Sari-Pul vilayətinin kəndinə hücum ediblər.

"Report"un məlumatına görə, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hücum zamanı aralarında qadınlar və uşaqlar – dinc sakinlər də olmaqla, 50 nəfər öldürülüb. Öldürülənlər arasında 7 əfqan hərbçisi və hücum etmiş silahlılar da var.

Hücumun təfərrüatı hələlik məlum deyil. Bildirilir ki, hücum "Taliban" və İŞİD silahlıları tərəfindən həyata keçirilə bilər. Lakin "Taliban" bununla bağlı ittihamları rədd edib. 

Son xəbərlər

Orphus sistemi