Bakı. 23 aprel. REPORT.AZ/ Əfqanıstanın Badğis əyalətində "Taliban" silahlılarının ikiqat hücumu nəticəsində 14 nəfər ölüb.
"Report" AP-yə istinadən xəbər verir ki, bu barədə əyalət polisi məlumat verib.
Qruplaşmalardan heç biri hücumlara görə məsuliyyəti üzərinə götürməsə də, ölkənin Xarici İşlər Nazirliyi həmin əyalətdə "Taliban" silahlılarının xüsusilə fəal olmasını əsas gətirərək məhz onları ittiham edir.