Əfqanıstanda silahlılar tibb mərkəzinə hücum edib, ölənlər və yaralananlar var

Əfqanıstanda silahlılar tibb mərkəzinə hücum edib, ölənlər və yaralananlar var Bakı. 28 iyul. REPORT.AZ/ Əfqanıstanda silahlılar tibb mərkəzinə hücum edib.
Digər ölkələr
28 İyul , 2018 19:06
Əfqanıstanda silahlılar tibb mərkəzinə hücum edib, ölənlər və yaralananlar var

Bakı. 28 iyul. REPORT.AZ/ Əfqanıstanda silahlılar tibb mərkəzinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı rəsmi şəxslərdən birinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Nanqarhar vilayətinin inzibati mərkəzi Cəlilabadda baş verib. Bir qrup silahlı şəxs yerli vaxtla saat 11:30-da tibb mərkəzinə hücum edib. Hücum 5 saat davam edib.

Silahlı insident nəticəsində 2 nəfər həlak olub, daha 5 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri silahlıların hücumunu dəf etməyə müvəffəq olublar.

Ölənlərdən 2-i tibb mərkəzinin əməkdaşlarıdır. Hücumda iştirak edən, öldürülən və ya yaralanan silahlıların sayı hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi