Əfqanıstanda silahlı qarşıdurma: 10 polis ölüb, 5-i yaralanıb

Əfqanıstanda silahlı qarşıdurma: 10 polis ölüb, 5-i yaralanıb Əfqanıstanda “Taliban” hərəkatı silahlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı ölüb, 5-i yaralanıb.
Digər ölkələr
24 İyun , 2020 12:21
Əfqanıstanda silahlı qarşıdurma: 10 polis ölüb, 5-i yaralanıb

Əfqanıstanda “Taliban” hərəkatı silahlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı ölüb, 5-i yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.

Hücum Əfqanıstanın şimal-qərbində Baqdis əyalətində olub. Bildirilib ki, silahlı qarşıdurma iki saatdan artıq davam edib.

Bir müddət əvvəl Pasaband qəsəbəsinə hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 7 əməkdaşının öldürüldüyü barədə məlumat yayılmışdı.

Son xəbərlər

Orphus sistemi