Əfqanıstanda səhra komandiri başda olmaqla bir qrup talib məhv edilib

Əfqanıstanda səhra komandiri başda olmaqla bir qrup talib məhv edilib Molla Fərrux Paktiya əyalətinin mərkəzində talib qrupunun komandiri olub
Digər ölkələr
5 Noyabr , 2017 11:57
Əfqanıstanda səhra komandiri başda olmaqla bir qrup talib məhv edilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Əfqanıstanın Paktiya əyalətində pilotsuz uçan aparatdan endirilən zərbə nəticəsində "Taliban" hərəkatının 4 yaraqlısı, həmçinin onun səhra komandirlərindən biri məhv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sinxua" məlumat yayıb.

"Molla Fərrux Paktiya əyalətinin inzibati mərkəzi olan Qardez şəhərində bir qrup talibin səhra komandiri olub və onun ölümü Paktika əyalətində və Paktiyada, həmçinin qonşu Host əyalətində yaraqlılara ciddi zərbə ola bilər", - deyə "Sinxua" yerli hakimiyyət orqanları nümayəndələrinin sözlərini sitat gətiriи.

Son xəbərlər

Orphus sistemi