Əfqanıstanda seçki günü 34 "talibançı" məhv edilib

Əfqanıstanda seçki günü 34 "talibançı" məhv edilib Əfqanıstanın xüsusi xidmət orqanları prezident seçkiləri günü radikal Taliban qruplaşmasının onlarla döyüşçüsünü zərərsizləşdirib, daha 18 talibançı saxlanılıb.
Digər ölkələr
28 Sentyabr , 2019 21:12
Əfqanıstanda seçki günü 34 talibançı məhv edilib

Əfqanıstanın xüsusi xidmət orqanları prezident seçkiləri günü radikal "Taliban" qruplaşmasının onlarla döyüşçüsünü zərərsizləşdirib, daha 18 "talibançı" saxlanılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi bildirib.

Təhlükəsizlik xidmətinin məlumatına görə, Kabildə və onun ətrafında 16 əməliyyat keçirilib və seçkilərin keçirilməsini pozmağa çalışan 14 "talibançı" saxlanılıb. Xüsusi xidmət orqanlarının əməkdaşları ölkənin başqa əyalətlərində keçirilən əməliyyatların gedişatında 34 döyüşçünü zərərsizləşdiriblər, daha 4 "talibançı" saxlanılıb.

Ölkədə "talib"lərə qarşı ümumilikdə 29 əməliyyat keçirilib.

Son xəbərlər

Orphus sistemi