​Əfqanıstanda qarşıdurmalar: 43 ölü, 54 yaralı

​Əfqanıstanda qarşıdurmalar: 43 ölü, 54 yaralı "Taliban"ın 13 yaraqlısı zərərsizləşdirilib
Digər ölkələr
29 İyul , 2015 22:21
​Əfqanıstanda qarşıdurmalar: 43 ölü, 54 yaralı

Bakı. 29 iyul. REPORT.AZ/ Əfqanıstanın şimalındakı Qunduz vilayətinin Qale-i Zal və Xanabad rayonlarında "Taliban" yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 43 nəfər ölüb.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında "Taliban" yaraqlıları Qale-i Zalın müxtəlif bölgələrindəki polis məntəqələrinə hücum ediblər. Nəticədə 31 terrorçu və 2 mülki polis ölüb, 35 hərbçi və 14 mülki polis yaralanıb. Bundan başqa, xeyli sayda silah-sursat ələ keçirilib, 13 yaraqlı zərərsizləşdirilib.

Xanabad rayonundakı qarşıdurmalarda isə 10 terrorçu məhv edilib, 5 yaraqlı yaralanıb.

"Taliban" terror qruplaşması isə öz növbəsində Qale-i Zal rayonundakı qarşıdurmalarda 4 əsgərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi