“Taliban” Əfqanıstandakı terror aktının məsuliyyətini üzərinə götürdü

“Taliban” Əfqanıstandakı terror aktının məsuliyyətini üzərinə götürdü Hücumla bağlı rəsmilər əlavə açıqlama yaymayıb.
Digər ölkələr
8 İyul , 2020 11:20
“Taliban” Əfqanıstandakı terror aktının məsuliyyətini üzərinə götürdü

“Taliban” hərəkatı iyulun 8-də Əfqanıstandakı iki hücumun məsuliyyətini üzərinə götürüb.

“Report” xəbər verir ki, məlumatı “1TV” telekanalı yayıb.

Bildirilib ki, onlar birinci hücumu Qəndəharda polis məntəqəsinə ediblər. Həmin terror aktı nəticəsində azı 3 polis əməkdaşı ölüb, 20-si yaralanıb. İkinci hücum da iyulun 8-də səhər saatlarında Qəznə əyalətində edilib.

Bu terakt nəticəsində Dehyak dairəsinin polis rəisi və daha 2 asayiş keşikçisi ölüb.


*** 10:09

Əfqanıstanda terrorçu-kamikadzenin polis məntəqəsinə hücumu nəticəsində 3 asayiş keşikçisi ölüb, 18 nəfər yaralanıb.

“Report” “TOLOnews”a istinadən xəbər verir ki, bunu yerli Təhlükəsizlik Xidmətindən bildiriblər.

Hadisə Əfqanıstanın cənub-şərqində yerləşən Qəndəhar əyalətində baş verib.

Hücumla bağlı rəsmilər əlavə məlumat verməyib. 

Son xəbərlər

Orphus sistemi