Yuxarı

​Əfqanıstanda polis məntəqəsi partladılıb

Ölkə rəsmiləri hadisə ilə bağlı heç bir açıqlama verməyib

Bakı. 19 noyabr. REPORT.AZ/ Əfqanıstanın şimalında Baqlan əyalətinin Markazi şəhərində polis məntəqələrindən birində törədilən partlayış nəticəsində azı 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Əfqanıstanın "Hama Press" agentliyi məlumat yayıb.

Hələlik partlayış haqda ətraflı informasiya yayılmayıb. Ölkə rəsmiləri hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi