​Əfqanıstanda polis 8 həmkarını öldürüb

​Əfqanıstanda polis 8 həmkarını öldürüb Oxşar cinayət ötən ay Laqman əyalətində törədilib
Digər ölkələr
19 May , 2016 15:29
​Əfqanıstanda polis 8 həmkarını öldürüb

Bakı. 19 may. REPORT.AZ/ Əfqanıstanda polis əməkdaşı 8 həmkarını öldürərək gizlənib. "Report" xəbər verir ki, bu haqda Əfqanıstanın "Khaama Press" agentliyi məlumat yayıb.

Məlumata görə, həmin polis əməkdaşı iki nəfərin yardımı ilə gecə saatlarında polis məntəqəsinə hücum edib. Polis və ona yardım edənlər cinayət yerindən qaçaraq gizlənə biliblər.

İnformasiyaya əsasən, hadisə Əfqanıstanın cənubunda, Zabul əyalətində baş verib.

Xəbərdə bildirilib ki, oxşar cinayət ötən ay Laqman əyalətində törədilib. Onda polis əməkdaşı 3 həmkarını öldürmüşdü.

Son xəbərlər

Orphus sistemi