Əfqanıstanda partlayışlar törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanda partlayışlar törədilib, ölənlər və yaralananlar var Əfqanıstanın Herat və Kunar əyalətlərində partlayışlar törədilib.
Digər ölkələr
15 Oktyabr , 2020 05:21
Əfqanıstanda partlayışlar törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanın Herat və Kunar əyalətlərində partlayışlar törədilib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, partlayışlar nəticəsində 10 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Tarık Aryen bildirib ki, minalar Herat əyalətinin Kuşki-Kuxna və Kunar əyalətinin Asmar rayonlarında nəqliyyat vasitələrinin hərəkət etdiyi yolda partladılıb. Nazirlik rəsmisi terror aktına görə "Taliban" hərəkatını ittiham edib.

"Talibançı"lar hələ məlumatı şərh etməyiblər.

Son xəbərlər

Orphus sistemi