​Əfqanıstanda partlayışlar nəticəsində 22 nəfər həlak olub

​Əfqanıstanda partlayışlar nəticəsində 22 nəfər həlak olub Hadisənin başvermə səbəbi araşdırılır
Digər ölkələr
18 Aprel , 2015 10:46
​Əfqanıstanda partlayışlar nəticəsində 22 nəfər həlak olub

Bakı. 18 aprel. REPORT.AZ/ Əfqanıstanın şərqində baş verən partlayışlar nəticəsində azı 22 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda yerli polis məlumat yayıb.

Polisin məlumatında bildirilib ki, bu gün səhər ölkənin Nanqarhar əyalətinin Cəlalabad şəhərində üç partlayış baş verib. Partlayışlardan biri bank binasının yaxınlığında olub.

Hadisə nəticəsində ölənlərin sayı dəqiqləşdirilir, hadisənin başvermə səbəbi araşdırılır. Yerli rəsmilərin sözlərinə görə, qurbanların sayı arta bilər. 

Son xəbərlər

Orphus sistemi