Əfqanıstanda partlayışda ölənlərin sayı 63-ə yüksəlib

Əfqanıstanda partlayışda ölənlərin sayı 63-ə yüksəlib Partlayışlara görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
9 May , 2021 17:52
Əfqanıstanda partlayışda ölənlərin sayı 63-ə yüksəlib

Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 63-ə yüksəlib, daha 150 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə "Tolo News"a hadisə qurbanlarının qohumları məlumat veriblər.

Bir müddət əvvəl Əfqanıstanın Səhiyyə Nazirliyi 55 nəfərin öldüyünü rəsmən təsdiqləmişdi. Ölənlərin və xəsarət alanların çoxu məktəbli qızlardır. Əfqanıstan Prezidenti Əşrəf Qani hadisəni terror aktı adlandırıb və partlayışlara görə “Taliban” hərəkatını ittiham edib. Ancaq onlar bu hadisədə iştirak etmədiklərini bildiriblər.

Partlayışlara görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi