Əfqanıstanda partlayışda ölənlərin sayı 20 nəfərə çatıb, 95 nəfər yaralanıb - YENİLƏNİB-2

Əfqanıstanda partlayışda ölənlərin sayı 20 nəfərə çatıb, 95 nəfər yaralanıb - YENİLƏNİB-2 Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində törədilən terror aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Digər ölkələr
19 Sentyabr , 2019 09:43
Əfqanıstanda partlayışda ölənlərin sayı 20 nəfərə çatıb, 95 nəfər yaralanıb - YENİLƏNİB-2

Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində törədilən terror aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, partlayışda 95 nəfər yaralanıb.Terrorçular partlayıcı yüklənmiş avtomobillə xəstəxanaya hücum ediblər. 


*** 08:19

Əfqanıstanın cənubundakı Zabul vilayətində törədilən partlayışda ölənlərin sayı 7 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış zamanı həmçinin 85 nəfər xəsarət alıb. Hadisəyə görə məsuliyyəti radikal "Taliban" qruplaşması üzərinə götürüb.  

Daha əvvəl bildirilirdi ki, partlayış zamanı 3 nəfər həlak olub, 45 nəfər yaralanıb. Hadisə zamanı yerli xəstəxananın binasına da zərər dəyib. 



***07:43

Əfqanıstanın cənubunda partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, hadisə Kalat şəhərində, Milli Təhlükəsizlik İdarəsinin binasının qarşısında baş verib. Belə ki, avtomobilin partladılması nəticəsində 3 nəfər həlak olub, daha 45 nəfər yaralanıb.

Hadisə zamanı yerli xəstəxananın binasına da zərər dəyib. 

Son xəbərlər

Orphus sistemi