Əfqanıstanda partlayış: xeyli ölən və yaralanan var

Əfqanıstanda partlayış: xeyli ölən və yaralanan var Hələlik heç bir təşkilat hadisənin məsuliyyətini öz üzərinə götürməyib
Digər ölkələr
3 Mart , 2015 20:36
Əfqanıstanda partlayış: xeyli ölən və yaralanan var

Bakı. 3 mart. REPORT.AZ/ Əfqanıstanın cənubunda, Gilmənd əyalətində minalanmış avtomobilin partlaması nəticəsində ən azı 14 nəfər həlak olub. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Əlcəzirə" telekanalının rəsmi "twitter" səhifəsində bildirilib. 

Bundan öncə Gilmənd əyalətinin qubernatorunun sözçüsü Ömər Zvak mətbuata açıqlamasında partlayış nəticəsində aralarında hərbçilər də olmaqla 8 nəfərin həlak olduğunu deyib. Onun sözlərinə görə, daha 9 nəfər - 4 mülki şəxs, 4 hərbçi və 1 polis əməkdaşı yaralanıb. 

Hələlik heç bir təşkilat hadisənin məsuliyyətini öz üzərinə götürməyib.   

Son xəbərlər

Orphus sistemi