Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.
Digər ölkələr
13 Dekabr , 2020 16:34
Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.

“Report” xəbər verir ki, bu barədə “Pajvok” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə nəticəsində ölənlər var. “Kabildə baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, həmin sayda da insan yaralanıb”, - xəbərdə bildirilir.

İlkin məlumata görə, həlak olanlar və xəsarət alanlar mülki şəxslərdir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi