Əfqanıstanda partlayış törədilib, ölənlər var

Əfqanıstanda partlayış törədilib, ölənlər var Əfqanıstanın şimal-qərbindəki Herat şəhərində partlayış törədilib.
Digər ölkələr
22 Yanvar , 2022 19:38
Əfqanıstanda partlayış törədilib, ölənlər var

Əfqanıstanın şimal-qərbindəki Herat şəhərində partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə yerli “Etilaat Roz” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

İlkin məlumata görə, Hacı Abbasın Herat məhəlləsində sərnişin mikroavtobusu partladılıb.

“Taliban” hərəkatının regional nümayəndələri partlayış faktını təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi