Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var

Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var Əfqanıstanın paytaxtında partlayış törədilib.
Digər ölkələr
30 Aprel , 2022 22:44
Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtında partlayış törədilib.

Bu barədə “Report” yerli “Aamaj News” portalına istinadən xəbər verir.

Məlumata görə, hadisə günorta saatlarında Kabilin qərb hissəsində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, qadınlar və uşaqlar da daxil olmaqla daha 7 nəfər yaralanıb.

Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı hadisə ilə bağlı şərh verməyib. Ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi