Əfqanıstandakı partlayışda ölənlərin sayı 35-ə çatıb - YENİLƏNİB-2

Əfqanıstandakı partlayışda ölənlərin sayı 35-ə çatıb - YENİLƏNİB-2 Partlayış vəzifəli şəxsin evinin yaxınlığında törədilib
Digər ölkələr
24 İyul , 2017 12:39
Əfqanıstandakı partlayışda ölənlərin sayı 35-ə çatıb - YENİLƏNİB-2

Bakı. 24 iyul. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulda törədilən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan məmurları bildiriblər.


*** saat 10:07

Bakı. 24 iyul. REPORT.AZ/ Kabulda törədilən partlayışın məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.
"Report"un xəbərinə görə, partlayış nəticəsində ölənlərin hamısı dinc sakinlər olub.


*** saat 09:34

Bakı. 24 iyul. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulda törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 42 nəfər yaralanıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, terrorçu-kamikadze iyulun 24-də səhər saatlarında partlayıcı yüklənmiş avtomobili Kabulun rayonlarından birində partladıb.

Partlayış Əfqanıstan icra hakimiyyəti başçısının ikinci müavininin evinin yaxınlığında törədilib.

Son xəbərlər

Orphus sistemi