Yuxarı

Əfqanıstanda partlayış törədilib: 13 nəfər ölüb, 17 nəfər yaralanıb

Ölən və xəsarət alanların çoxu polisdir

Bakı. 22 fevral. REPORT.AZ/ Əfqanıstanın mərkəzi hissəsində Parvan əyalətində törədilən partlayış nəticəsində azı 13 nəfər ölüb, 17 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, ölən və xəsarət alanların çoxu polisdir.

Partlayışı terrorçu-kamikadzenin törətdiyi bildirilib.

Bundan başqa, ölkənin şimal-şərqində Baqlan əyalətinin Puli-Xumri şəhərində qubernatorun müavininin ofisinin "Taliban" hərəkatı tərəfindən atıldığı ehtimal edilən raket atəşi nəticəsində binanın dam örtüyü deşilib, bir nəfər ölüb, 4 nəfər isə yaralanıb. Qurbernatorun müavini xəsarət almayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi