​Əfqanıstanda partlayış nəticəsində iki uşaq ölüb

​Əfqanıstanda partlayış nəticəsində iki uşaq ölüb Ötən il "Taliban" terror aksiyaları və silahlı basqınlar nəticəsində 3 700 nəfər ölüb, 6 800-dən çox əfqanıstanlı yaralanıb
Digər ölkələr
2 Mart , 2015 11:43
​Əfqanıstanda partlayış nəticəsində iki uşaq ölüb

Bakı. 2 mart. REPORT.AZ/ Əfqanıstanın şərqində törədilən terror hadisəsi nəticəsində iki uşaq ölüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazriliyi bildirib.

Məlumata əsasən, əldəqayırma partlayıcı qurğu bu gün səhər ölkənin Nanqahar əyalətinin Cəlalabad şəhərində partladılıb. Hadisə nəticəsində 3 mülkü vətədaş yaralanıb.

Polis hesab edir ki, partlayışı "Taliban" hərəkatının silahlıları törədib: "Adətən, onlar belə qurğulardan yararlanırlar".

BMT-nin Əfqanıstandakı rəsmi missiyasının göstəricilərinə görə, 2014-cü ildə "Taliban"ın terror aksiyaları və silahlı basqınları nəticəsində 3 700 nəfər ölüb, 6 800-dən çox əfqanıstanlı yaralanıb. 

Son xəbərlər

Orphus sistemi