Bakı. 20 yanvar. REPORT.AZ/ Əfqanıstanda partlayış baş verib.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalındakı stadionlardan birində, buzkaşi oyunu zamanı qeydə alınıb.
Hələlik ölən və ya yaralılar barəsində heç bir məlumat verilmir.